“WUF13 Azərbaycan” akkreditasiyadan keçmiş jurnalistlərin sayını açıqlayıb

Siyasət Materials 27 Aprel 2026 13:16 (UTC +04:00)
“WUF13 Azərbaycan” akkreditasiyadan keçmiş jurnalistlərin sayını açıqlayıb
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Bu günə olan vəziyyətə görə, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak üçün 800-dən çox media nümayəndəsi akkreditasiyadan keçib.

Trend xəbər verir ki, bunu “WUF13 Azərbaycan” əməliyyat şirkətinin məzmun və media ilə əlaqələr üzrə baş meneceri Eldar Rəsulov WUF13-ə hazırlıq çərçivəsində ADA Universitetində təşkil olunmuş media nümayəndələri üçün məlumatlandırma sessiyasında bildirib.

E. Rəsulov qeyd edib ki, Bakıda keçiriləcək WUF13-ə akkreditasiya olunmuş kütləvi informasiya vasitələri nümayəndələrinin 70 faizdən çoxunu yerli media təşkil edir.

Onun sözlərinə görə, WUF13-də qeydiyyatdan keçmiş iştirakçıların ümumi sayı 21 min nəfəri ötüb ki, bu da forumun beynəlxalq miqyasda böyük maraq doğurduğunu göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti