Bakı. Trend:
WUF13 çərçivəsində “Urban” formatında tədbirlər keçiriləcək.
Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) kommunikasiya üzrə direktoru Katerina Bezqaçina WUF13-ə hazırlıq çərçivəsində ADA Universitetində təşkil olunmuş media nümayəndələri üçün məlumatlandırma sessiyası zamanı bildirib.
Onun sözlərinə görə, bu platformalar öz ölkə və şəhərlərində həyata keçirilən proqramları təmsil edən iştirakçılar arasında təcrübə mübadiləsi üçün nəzərdə tutulub.
“Belə format həm də praktiki təcrübəni nümayiş etdirmək üçün mühüm imkan yaradır”,- deyə o qeyd edib.
K. Bezqaçina vurğulayıb ki, hazırda dünyada demək olar ki, bütün ölkələri ehtiva edən qlobal mənzil böhranı müşahidə olunur.
“İnsanların yaşadığı qeyri-rəsmi yaşayış şəraitinin transformasiyasına xüsusi diqqət yetirilir. Üç milyarddan çox insan müxtəlif mənzil problemləri ilə üzləşməkdədir. Bir milyarddan artıq insan gecəqondu və ya qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır, 300 milyondan çox insan isə layiqli mənzilə çıxış imkanından məhrumdur”, - deyə o əlavə edib.
