Şakiranın konsertinə hazırlıqlar zamanı faciə yaşanıb

Dünya xəbərləri Materials 27 Aprel 2026 19:36 (UTC +04:00)
Şakiranın konsertinə hazırlıqlar zamanı faciə yaşanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünyaca məşhur müğənni Şakiranın Braziliyada planlaşdırdığı pulsuz konsertə hazırlıqlar zamanı səhnədəki montaj işləri görən işçilərdən biri faciəvi şəkildə həlak olub.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Bədbəxt hadisə bazar günü Rio-de-Janeyro şəhərinin Kopakabana çimərliyində səhnənin qurulması zamanı baş verib.

İlkin məlumata görə, həmin işçinin üzərinə qaldırıcı sistemin avadanlığı aşıb. Xilasedicilər onu yaxınlıqdakı xəstəxanaya çatdırsalar da, həmin şəxs aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, mayın 2-ə təyin olunmuş açıq konsertdə yüz minlərlə insan, o cümlədən xarici turistlərin iştirakı gözlənilir. Bundan əvvəl 2025-ci ildə Madonnanın Kopakabanada verdiyi pulsuz konsertdə 2 milyondan çox insan iştirak etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti