Bakı. Trend:
Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.
Trend xəbər verir ki, iclasın gündəliyinə MSK-nın sədri, sədr müavini və katiblərinin seçilməsinə dair məsələ daxil edilib.
Məzahir Pənahov səsvermə yolu ilə yenidən MSK-nın sədri seçilib.
O, Azərbaycan Respublikasının Milli Məclisində deputatları çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı təmsil edir.
Qeyd edək ki, Məzahir Pənahov 2000-ci il mayın 19-dan MSK-nın sədri vəzifəsindədir.
Bundan başqa, Rövzət Qasımov da yenidən MSK sədrinin müavini seçilib.
O, Milli Məclisdə deputatları çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı təmsil edir.
Katib vəzifəsinə isə Arifə Muxtarova və Mikayıl Rəhimov seçiliblər.
Mikayıl Rəhimov Milli Məclisdə deputatları azlıq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı, Arifə Muxtarova isə Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edir.
xxx
16:00
Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilir.
Trend xəbər verir ki, iclasda MSK-nın yeni sədri, sədr müavini və katibləri seçiləcək.
İclasa Milli Məclisin sədri Sahibə Qafarova sədrlik edir.
Qeyd edək ki, əvvəlki tərkibdə MSK-nın sədri Məzahir Pənahov, sədrin müavini Rövzət Qasımov, katibləri isə Mikayıl Rəhimov və Arifə Muxtarova idi.
