"Microsoft" və "OpenAI" arasında qüvvədə olan tərəfdaşlıq sazişinə dəyişiklik edilib

Dünya xəbərləri Materials 28 Aprel 2026 07:32 (UTC +04:00)
"Microsoft" və "OpenAI" arasında qüvvədə olan tərəfdaşlıq sazişinə dəyişiklik edilib

Bakı. Trend:

"Microsoft" və "OpenAI" arasında qüvvədə olan tərəfdaşlıq sazişinin şərtlərində dəyişiklik edilib.

Trend xəbər verir ki, bu barədə "OpenAI"nin rəsmi açıqlamasında qeyd olunub.

Yenilənmiş razılaşmaya əsasən, "Microsoft" 2032-ci ilə qədər "OpenAI"nin modelləri və məhsulları ilə bağlı intellektual mülkiyyət lisenziyasını qoruyub saxlayacaq. Ancaq "OpenAI" öz məhsullarını digər bulud xidmətləri üzərindən də təqdim etmək imkanına sahib olacaq.

Buna baxmayaraq, "Microsoft" "OpenAI"nin əsas bulud tərəfdaşı statusunu saxlayır və süni intellekt texnologiyalarının əsasən "Azure" platformasında yerləşdirilməsi davam edəcək. Şirkət eyni zamanda "OpenAI"də əsas səhmdar olaraq qalır.

"Reuters" agentliyinin yaydığı məlumata əsasən, yeni şərtlər "OpenAI"yə məhsullarını "Microsoft"un birbaşa rəqibləri sayılan "Amazon" və "Google" kimi şirkətlərə də təqdim etməyə şərait yaradır.

Xəbər lenti

Xəbər lenti