Qəbul imtahanı üçün qeydiyyat bitir

Cəmiyyət Materials 28 Aprel 2026 10:51 (UTC +04:00)
Qəbul imtahanı üçün qeydiyyat bitir
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qəbul imtahanının birinci cəhdi üçün qeydiyyat müddəti bitir.

Trend Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, 28 aprel saat 10:30-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 31425, II ixtisas qrupu üzrə 25867, III ixtisas qrupu üzrə 26057, IV istisas qrupu üzrə 6222 olmaqla, ümumilikdə isə 89571 abituriyent qeydiyyatdan keçib.

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 29 aprel saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://eservices.dim.gov.az/erizebak/cehd1/) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 24-də, I və IV qruplar üzrə isə iyunun 7-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti