Bakı.Trend:
Aprelin 8-də Xəzərin cənubunda baş verən zəlzələnin 70 km-ə qədər dərinliyi var idi və həmin parçalanma istər-istəməz laylar arasında müəyyən pozuntular, parçalanmalar əmələ gətirib.
Trend xəbər verir ki, bu fikirləri Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli jurnaliatlərə açıqlamasında deyib.
O bildirib ki, bu parçalanma tektonik qırılma boyu gedir.
“Yerin daxilində dinamik hərəkətlər var və hərəkətlər nəticəsində belə xırda afterşoklar baş verir. Bu bir müddət də baş verəcək, amma hiss olunan deyil. Təlaşa düşməyə ehtiyac yoxdur".
Q.Yetirmişli əlavə edib ki, Xəzər dənizində tez-tez zəlzələ olmasının səbəbi yerin daxilində gedən proseslərdir.
