Bakı.Trend:
Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılması "PASHA Holding" üçün böyük önəm daşıyır.
Trend-in məlumatına görə, bunu “PASHA Holding” MMC-nin baş icraçı direktoru Cəlal Qasımov İspaniyanın IE Universiteti ilə Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılmasına dair Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.
“IE Universiteti və SOCAR ilə birgə, Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyinin səxavətli dəstəyi sayəsində yaradılan IE Liderlik və İnnovasiya Mərkəzi məni səmimi şəkildə qürurlandıran bir hadisədir. Mən onun qapılarından keçəcək insanlar və həmin insanların sonradan formalaşdıracağı region üçün kağız üzərində nəyi ifadə etməsi yox, praktikada nələri ifadə edə biləcəyi qürurlandırır",- deyə o bildirib.
Onun sözlərinə görə, "PASHA Holding" üçün bu təşəbbüs üç səviyyədə dərin məna daşıyır.
“Birincisi, bu, bizim Azərbaycanda və bütövlükdə Qafqaz və Mərkəzi Asiyada insan kapitalını gücləndirmək hədəfimizin ifadəsidir. Bu, təxminən 100 milyon əhalisi olan, tarixinin dönüş nöqtəsində dayanan bir regiondur və biz bu gələcəyə sadəcə tamaşaçı kimi baxmaq deyil, ona real töhfə vermək məsuliyyətini hiss edirik. İkincisi, bu, liderliyə vəzifə kimi deyil, bir praktika kimi inamımızı əks etdirir. Son bir il ərzində biz bütün Qrup boyunca “liderlik DNT"mizi tətbiq edirik: bu, liderlərimizin necə düşündüyü, necə hərəkət etdiyi və ətrafındakı insanlarla necə davrandığına əsaslanan bir sistemdir. Bu Mərkəz həmin yanaşmanın canlı davamıdır. Üçüncüsü isə, bu, bizim kim olduğumuzu – tərəfdaşlıqlar nöqteyi-nəzərindən qlobal, kökləri baxımından isə dərindən azərbaycanlı bir şirkət olduğumuzu göstərir.
"BNY" və "Raiffeisen ilə müxbir hesablar üzrə tərəfdaşlıqlardan tutmuş Dünya İqtisadi Forumu ilə əməkdaşlığa, "Four Seasons", "Marriott Group" və "One&Only" ilə otel tərəfdaşlıqlarına, həmçinin "Kerzner Group" və NRI ilə Nyu-York ştatında daşınmaz əmlak layihələrində pay iştirakına qədər "PASHA Holding" hər zaman qlobal əlaqəliliyin və lokal bağlılığın bir-birinə zidd olduğuna deyil, əksinə, bir-birini gücləndirdiyinə inanıb.
“IE Universiteti ilə tərəfdaşlığımız da məhz bununla bağlıdır. Bu imkanın reallaşmasında rol oynayan SOCAR-dakı və IE Universitetindəki tərəfdaşlarımıza, eləcə də dövlət institutlarına səmimi təşəkkürümü bildirirəm. Birlikdə nəsə yaratmaq üçün həqiqi etimad lazımdır və mən buna ciddi önəm verirəm. Əminəm ki, burada yaratdığımızın real əhəmiyyəti olacaq – mücərrəd mənada deyil, konkret nəticələrdə: formalaşacaq karyeralarda, daha keyfiyyətli qərarlarda və digər liderləri yetişdirəcək liderlərdə”,- deyə C. Qasımov yekunlaşdırıb.
