Qaradağda dağılan körpü yenidən tikiləcək

Cəmiyyət Materials 28 Aprel 2026 12:33 (UTC +04:00)
Qaradağda dağılan körpü yenidən tikiləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Qaradağ rayonunda yeni körpü tikiləcək.

Trend-in məlumatına görə, bu, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısında yer alıb.

Belə ki, Səngəçal–Çeyildağ yolunun 13-cü km-də dağılmış körpünün əvəzinə yeni körpü tikiləcək.

Qeyd edək ki, görüləcək işlərin icrası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb.

Xatırladaq ki, sel suları Qaradağ rayonu ərazisindən keçən Səngəçal-Ceyildağ avtomobil yolunun üzərində yerləşən körpüdə fəsadlar törətmişdi.

Xəbər lenti

Xəbər lenti