Cəlilabadda azyaşlını maşın vurub öldürüb

Cəmiyyət Materials 28 Aprel 2026 10:42 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Cəlilabadda azyaşlı piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, aprelin 27-də saat 08 radələrində 1970-ci il təvəllüdlü Yarməmmədov Həmid Edison oğlu idarə etdiyi “VAZ 21043” markalı minik avtomobili ilə Üçtəpə kəndindən Təzəkənd kəndi istiqamətində hərəkətdə olarkən yolu keçən 2013-cü il təvəllüdlü Zamanov Murad Möhübbət oğlunu vurub.

Ağır xəsarətlər alan azyaşlı xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti