Bakı. Trend:
Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri vəzifəsinə yeni təyinat olub.
Trend xəbər verir
ki, bu vəzifəyə hüquq elmləri üzrə fəlsəfə doktoru, dövlət
idarəçiliyi sahəsində uzunmüddətli təcrübəyə malik Qədir Xəlilov
təyin edilib.
Qədir Xəlilov 2019–2023-cü illərdə Azərbaycan Respublikasının
Gənclər Fondunda icraçı direktorun müavini, 2023–2025-ci illərdə
isə icraçı direktor vəzifəsində çalışıb. Müxtəlif dövlət
qurumlarında fəaliyyət göstərərək xüsusilə beynəlxalq əməkdaşlıq və
tədbirlərin təşkili sahəsində mühüm təcrübə qazanıb. 10 ildən artıq
müddətdə Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin katibi
olub.
2025-ci ildən bu günədək Dövlət Proqramı İdarəetmə Qrupunda layihə
rəhbəri olaraq fəaliyyətini davam etdirib.
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
