Abşeronda və Xırdalanda kanalizasiya sistemində problemlər aradan qaldırılacaq

Cəmiyyət Materials 28 Aprel 2026 12:57 (UTC +04:00)
Abşeronda və Xırdalanda kanalizasiya sistemində problemlər aradan qaldırılacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Abşeron rayonu və Xırdalan şəhəri ərazisində içməli, kanalizasiya və yağış sularının axıdılması sistemlərində yaranmış qəzalı vəziyyətin aradan qaldırılması üçün tədbirlər görüləcək.

Trend-in məlumatına görə, bu, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısında yer alıb.

Qeyd edək ki, görüləcək işlərin icrası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti