Sığorta şirkətlərinin yanvar-mart ayları üzrə yığılan sığorta haqlarının məbləğinə görə renkinqi

İqtisadiyyat Materials 28 Aprel 2026 21:25 (UTC +04:00)
Sığorta şirkətlərinin yanvar-mart ayları üzrə yığılan sığorta haqlarının məbləğinə görə renkinqi
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 417,753 milyon manat məbləğində sığorta haqqı toplanıb.

Trend bu barədə Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz çoxdur.

Hesabat dövrü ərzində ən çox sığorta haqları “Paşa Həyat Sığorta” ASC tərəfindən toplanıb – 181,640 milyon manat. İkinci yerdə 122,315 milyon manat həcmində sığorta haqları ilə “Paşa Sığorta”, üçüncü yerdə isə 29,617 milyon manatla “Atəşgah Həyat” Sığorta Şirkəti qərarlaşıb.

Aşağıda Azərbaycandakı sığorta şirkətlərinin 2026-cı ilin yanvar-mart ayları üzrə toplanan sığorta haqları üzrə renkinqini təqdim edirik:

Şirkətin adı

Sığorta haqqları (milyon manat)

"Paşa Həyat Sığorta"

181,640

"Paşa Sığorta"

122,315

"Atəşgah Həyat" Siğorta Şirkəti

29,617

"Qala Sığorta"

13,355

"Atəşgah" Sığorta Şirkəti

13,251

"Aqrar Sığorta"

11,319

"Azərbaycan Sənaye Sığorta"

9,124

"Xalq Sığorta"

7,282

"Meqa Sığorta"

7,182

"Qala Həyat"

6,626

"Meqa Həyat Sığorta"

6,613

"A-Qroup Sığorta Şirkəti"

3,979

"Xalq Həyat" Sığorta Şirkəti

2,972

"AzSığorta"

1,927

"İpək Yolu Sığorta"

549

"AtaSığorta"

2

Məqalədə:
Xəbər lenti

Xəbər lenti