Bakıda sahibkarlığın inkişafına həsr olunmuş tədbir keçirilib (FOTO) (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2026 09:55 (UTC +04:00)
Bakıda sahibkarlığın inkişafına həsr olunmuş tədbir keçirilib (FOTO) (YENİLƏNİB)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdə dövlət qurumlarının rəsmiləri, sahibkarlar iştirak ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək bildirib ki, ildən-ilə Azərbaycan ÜDM-də özəl sektorun rolu artır.

"Özəl sektorda olan resurslar sonsuz deyil. Həmin resurslara əlçatanlıq ahəngdar şəkildə sahibkarlara təqdim edilməsi diqqət mərkəzimizdədir", - nazir qeyd edib.

Mikayıl Cabbarov həmçinin bildirib ki, özəl sektora dövlət dəstəyi davam edir və genişləndiriləcək.

İqtisadiyyat nazirinin sözlərinə görə, bu dəstək alətlərinə xüsusi sənaye zonaları, işğaldan azad olunmuş ərazilərdə vergi və digər ödənişlər üzrə güzəştlər, sosial ödənişlərdə imtiyazlar, kommunal xərclərlə bağlı dəstək mexanizmləri, eləcə də kredit faizlərinə subsidiyalar daxildir.

Daha sonra əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxış edərək bildirib ki, 2030-cu ilə qədər əlavə 30 min işsiz şəxsin özünəməşğulluğunun təşkili təmin ediləcək.

O bildirib ki, işsiz şəxslərin yeni peşə və ixtisaslara yiyələnməsi üçün 175 ixtisas sahəsi üzrə 59 mindən çox şəxs peşə hazırlığına cəlb edilib:

“Eyni zamanda işçi qüvvəsinin keyfiyyətinin yüksəldilməsi və iqtisadiyyatın real tələbatına uyğun kadr potensialının formalaşması məqsədilə bu sahələr üzrə 1612 peşə və kvalifikasiya standartı hazırlanaraq işə götürənlərin istifadəsinə təqdim olunub”.

Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev öz növbəsində qeyd edib ki, Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq. Onun sözlərinə görə, ərazi planlaşdırılması istiqamətində həyata keçirilən işlər nəticəsində ölkənin 79 şəhərinin 68-nin yeni baş planı təsdiq edilib

Komitə sədri həmçinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasından (WUF13) danışaraq bildirib ki, tədbirdə iştirak etmək üçün 175 ölkəni təmsil edən 23 350 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən hər il aprelin 25-i Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd edilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti