Azərbaycanda ödəniş kartlarının sayı artıb

İqtisadiyyat Materials 29 Aprel 2026 14:24 (UTC +04:00)
Azərbaycanda ödəniş kartlarının sayı artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Mart ayının sonuna olan vəziyyətə görə, bank sistemləri və “Azərpoçt” MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 62 min ədəd artaraq 22 milyon 409 min karta çatıb.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artıb.

"Ödəniş kartlarında debet kartlarının sayı 12% artmış, kredit kartlarının sayı isə 9% azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, mart ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 46% artıb.

2026-cı ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9,560 mln. manat təşkil edib", - deyə məlumatda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti