Bakı. Trend:
Bu ilin I rübündə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 268 layihə icra edilib.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Layihələrin icrasına 3,5 milyard manat ayrılmış vəsaitin 386,2 milyon manat sərf edilib. Bu isə ayırmaların 11%-ni əhatə edib.
Dövr ərzində azad edilmiş rəazilərdə icra edilmiş layihələrin 41-i nəqliyyat, 15-i su təsərrüfatı və meliorasiya, 6-sı energetika və sənaye, 19-u müdafiə və hüquq-mühafizə, 171-i sosial, 16-sı isə sair layihələr olub.
Hesabat dövründə nəqliyyat sektoru layihələrinin icrasına 185 milyon manat (icra 18%), sosial layihələrin icrasına 153 milyon manat (9%), müdafiə və hüquq-mühafizə layihələrinin icrasına 26,3 milyon manat (18%), sair layihələrin icrasına 21,9 milyon manat (9%) vəsait sərf edilib.
Su təsərrüfatı və meliorasiya, eləcə də energetika layihələrinin icrasına dair göstəricilər açıqlanmayıb.
