Azərbaycanın bank sektorunun aktivləri artıb

İqtisadiyyat Materials 29 Aprel 2026 16:09 (UTC +04:00)
Azərbaycanın bank sektorunun aktivləri artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Cari ilin 1 aprel tarixinə Azərbaycan bank sektorunun aktivləri 57 milyard 961 milyon manat təşkil edib.

Trend Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyard 105 milyon manat və ya 6,7% çoxdur.

Məlumata əsasən, fəaliyyət göstərən bankların ümumi borc öhdəlikləri 50 milyard 293 milyon manat, məcmu kapitalı isə 7 milyard 668 milyon manat təşkil edib. Mart ayında bank sektorunun məcmu aktivləri və ümumi öhdəlikləri 1,4%, məcmu kapital isə 2% artıb.

2026-cı il 31 mart tarixinə olan vəziyyətə görə, fəaliyyət göstərən 22 bankın filiallarının sayı 505, şöbələrinin sayı 85, bankomatların sayı isə 3 586 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti