Bakı. Trend:
Bu ilin aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən ev təsərrüfatarına qoyulmuş kreditlərin həcmi 19,362 milyard manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 164,6 milyon manat və ya 0,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2 milyard manat və ya 11,6% çoxdur.
Qeyd edək ki, ümumilikdə bu ilin aprelin 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,932 milyard manat təşkil edib.
Bu da aylıq müqayisədə 368 milyon manat və ya 1,1%, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,8 milyard manat və ya 9,2% artım deməkdir.
