Bakı. Trend:
ABŞ artıq İran üzərində qələbə qazanıb, amma o, bunun daha inandırıcı görünməsini istəyir.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Newsmax" televiziya kanalına müsahibəsində deyib.
"Artıq qalib gəlmişik, amma daha böyük bir qələbə istəyirəm", - deyə o bildirib.
Onun sözlərinə görə, ABŞ ordusu "İranın donanmasını və hava qüvvələrini, radar avadanlıqlarını və rəhbərliyini məhv edib".