Bakı. Trend:
Ermənistanın Antikorrupsiya məhkəməsi "Güclü Ermənistan" partiyasından baş nazir postuna namizəd olan Samvel Karapetyan barədə qərarı dəyişməyib.
Trend xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məhkəmə inzibati nəzarətin tətbiq edilməsi barədə vəsatəti rədd edib.
Qeyd edək ki, daha əvvəl seçki rüşvətxorluğu ilə bağlı cinayət işi ilə əlaqədar iş adamı "Güclü Ermənistan" partiyasının beş tərəfdarı həbs olunub.
Xatırladaq ki, İrəvan məhkəməsi 2025-ci ilin iyununda Samvel Karapetyanı həbs edib. 2025-ci il dekabrın 30-da Antikorrupsiya məhkəməsi həbs qətimkan tədbirini ev dustaqlığına dəyişib. Aprelin 15-də keçirilən iclasda müdafiə tərəfi Karapetyanın azadlığa buraxılması məsələsinə ilk növbədə baxılması barədə vəsatət verib. Vəkillərin sözlərinə görə, o, gələn həftə partiyanın qurultayında iştirak etmək niyyətindədir. Aprelin 17-də keçirilən iclas zamanı Karapetyanın müdafiə komandası ev dustaqlığının ləğv edilməsinin zəruriliyini bildirərək, müəyyən edilmiş girov məbləğinin artırılmasını təklif edib. Lakin həmin vaxt məhkəmə Karapetyanın ev dustaqlığı müddətini üç ay uzadıb.