Avtomobil nəqliyyatı ilə yük daşınmasından əldə olunan gəlirlər artıb

İqtisadiyyat Materials 30 Aprel 2026 18:02 (UTC +04:00)
Avtomobil nəqliyyatı ilə yük daşınmasından əldə olunan gəlirlər artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycan avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmasından 2 milyard 385,4 milyon manat gəlir əldə edib.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 7,2% artım deməkdir.

Hesabat dövründə avtomobil nəqliyyatı ilə yüklərin daşınmasından əldə edilən gəlirlər 1,051 milyard manat təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 4% çoxdur.

Eyni zamanda dövrü ərzində avtomobil nəqliyyatı ilə sərnişin daşımalarından əldə olunan gəlir isə 1,334 milyard manat təşkil edib ki, bu da 2024-cü ildəki göstəriciyə nisbətən 10% çoxdur.

2025-ci ildə Azərbaycanda avtomobil nəqliyyatı ilə 151,7 milyon ton yük (5,7% çox) və 1,974 milyard sərnişin (6,9% çox) daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti