"Neftçi" "Qarabağ"a qalib gəlib, "Sabah" çempion olub - Premyer Liqa

İdman Materials 30 Aprel 2026 22:01 (UTC +04:00)
"Neftçi" "Qarabağ"a qalib gəlib, "Sabah" çempion olub - Premyer Liqa
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” – “Qarabağ” oyunu başa çatıb.

Trend-in məlumatına görə, “Palms Sports Arena”da təşkil olunan görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bakı klubunun qollarını Emil Səfərov və Bassala Sambu vurub. Qonaqların qoluna isə Elvin Bədəlov avtoqolla imza atıb.

Ağdam təmsilçisi 59 xalla ikinci, “ağ-qaralar” isə 47 xalla dördüncü pilləyə yüksəlib.

Bundan əlavə, bu oyundan sonra "Sabah" komandası vaxtından əvvəl çempionluğunu rəsimləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti