Bakı. Trend:
Bu ilin aprelin 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşunun (bank və qeyri-bank birlikdə) həcmi 32,313 milyard manat təşkil edib.
Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, banklar və qeyri-banklar tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşunun həcmi bir ay əvvələ nisbətən 310,4 milyon manat və ya 1%, 2025-ci ilin aprelin 1-nə nisbətən isə 2,6 milyard manat və ya 8,9% artıb.
Hesabat dövründə kredit qoyuluşunun 7,973 milyard manatı dövlət banklarının payına düşüb ki, bu da aylıq müqayisədə 85,5 milyon manat və ya 1,1%, illik müqayisədə isə 697,5 milyon manat və ya 9,6% artım deməkdir.
Bəhs olunan dövrdə iqtisadiyyata kredit qoyuluşlarının 22,317 milyard manatı özəl bankların payına düşüb. Bu isə bir ay əvvələ olan göstərici ilə müqayisədə 86 milyon manat və ya 0,4%, ötən illin aprelin 1-nə olan göstəriciyə nisbətən isə 1,7 milyard manat və ya 8,3% çoxdur.
Bundan başqa, bu ilin aprelin 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşlarının qeyri-bank kredit təşkilatlarına düşən payı 2,023 milyard manat olub ki, bu da aylıq müqayisədə 138,9 milyon manat və ya 7,4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 220,3 milyon manat və ya 12,2% artıb.
Qeyd edək ki, hesabat dövründə dövlət bankları tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 24,7%-ni, özəl banklar tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 69,1%-ni, bank olmayan kredit təşkilatları tərəfindən qoyulan kredit qoyuluşu ümumi kredit qoyuluşunun 6,3%-ni təşkil edib.
