Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada hərbi vəziyyətin və ümummilli səfərbərliyin daha 90 gün müddətinə uzadılması barədə qanunu imzalayıb.
Trend xəbər verir ki, bu haqda Ali Radanın (Ukrayna parlamenti) saytında dərc olunmuş sənəddə qeyd olunur.
Qeyd edək ki, Ukraynada hərbi vəziyyət və ümumilli səfərbərlik 24 fevral 2022-ci il tarixində tətbiq olunub.
Həmin vaxtdan bəri onların müddəti mütəmadi olaraq uzadılır. Hərbi vəziyyətlə əlaqədar ölkələdə parlament, prezident və yerli seçkilər keçirilmir.
