Bakı. Trend:
Eşli Yanq karyerasını başa vurmağa hazırlaşır.
Trend xəbər verir ki, bu barədə ingiltərəli futbolçunun formasını geyindiyi "İpsviç Taun" klubunun mətbuat xidməti məlumat yayıb.
Yanq 40 yaşında peşəkar futbolla vidalaşmaq qərarı verib. Təcrübəli sağ cinah müdafiəçisi karyerasının son matçında Çempionşipin 46-cı turu çərçivəsində QPR qarşısında çıxacaq. Görüş 2 may tarixində baş tutacaq.
Qeyd edək ki, Eşli Yanq "İpsviç Taun"dan əvvəl "Uotford", "Aston Villa", "Mançester Yunayted", "İnter" və "Everton"da çıxış edib. Müdafiəçi İngiltərə millisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. O, "Mançester Yunayted"lə Premyer Liqanın, "İnter"lə A Seriyasının qalibi olub.
