Azərbaycanın magistral qaz kəmərlərinin fəaliyyətindən gəlirləri artıb

Energetika Materials 30 Aprel 2026 17:35 (UTC +04:00)
Azərbaycanın magistral qaz kəmərlərinin fəaliyyətindən gəlirləri artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın magistral qaz kəmərlərinin, o cümlədən Cənubi Qafqaz Boru Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) fəaliyyətindən gəlirləri 2025-ci ildə 2 milyard 792,970 milyon manat təşkil edib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% çoxdur.

Ötən il magistral qaz kəmərləri şəbəkəsindəki itkilər 2,5% azalaraq 46,1 milyon kubmetrə çatıb.

Qeyd edilib ki, bu dövrdə magistral qaz kəmərləri ilə 40 milyard 265,2 milyon kubmetr qaz (0,2% az) nəql edilib. Bununla belə, nəql edilən ümumi həcmin 57,5%-i Cənubi Qafqaz Magistral Boru Kəmərinin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti