Dəniz nəqliyyatı ilə yük daşınmasından əldə olunan gəlirlər artıb

İqtisadiyyat Materials 30 Aprel 2026 20:52 (UTC +04:00)
Dəniz nəqliyyatı ilə yük daşınmasından əldə olunan gəlirlər artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycan dəniz nəqliyyatı ilə yük və sərnişin daşınmasından 259,5 milyon manat gəlir əldə edib.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 8,1% artım deməkdir.

Hesabat dövründə dəniz nəqliyyatı ilə yüklərin daşınmasından əldə edilən gəlirlər 259,229 milyon manat təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 8,4% çoxdur.

Eyni zamanda dövr ərzində dəniz nəqliyyatı ilə sərnişin daşımalarından əldə olunan gəlir isə 265 min manat təşkil edib ki, bu da 2024-cü ildəki göstəriciyə nisbətən 75,6% azdır.

2025-ci ildə Azərbaycanda dəniz nəqliyyatı ilə 9,090 milyon ton yük (5,4% çox) və 25,5 min sərnişin (10,2% az) daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti