Bakı. Trend:
AZCON Holding-in icraçı direktoru Şahin Babayev İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Berlian Helminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Trend xəbər verir ki, görüş zamanı Azərbaycan ilə İndoneziya arasında nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Tərəflər bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsinin və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
