WUF13-ün təbliği: UNEC əməkdaşları Azərbaycanın Bolqarıstandakı Səfirliyinin tədbirində iştirak ediblər (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2026 17:00 (UTC +04:00)
WUF13-ün təbliği: UNEC əməkdaşları Azərbaycanın Bolqarıstandakı Səfirliyinin tədbirində iştirak ediblər (FOTO)

Bakı. Trend:

Aprelin 30-da Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi tərəfindən “WUF13 Urban Breakfast with the Bulgarian Academia” adlı hibrid formatda tədbir təşkil olunub.

Trend xəbər verir ki, tədbirin əsas məqsədi bu il mayın 17-22-də ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bolqarıstanda, xüsusilə də beynəlxalq akademik dairələrdə təbliği və bu sahədə məlumatlılığın artırılması olub.

Tədbirdə Bolqarıstanın aparıcı universitetlərinin nümayəndələri ilə yanaşı, UNEC-in beynəlxalq əlaqələr üzrə prorektoru Hüseyn Həsənov, eləcə də universitetin bir sıra akademik və inzibati strukturlarının əməkdaşları iştirak ediblər.

Çıxışlar zamanı WUF13-ün məqsədləri, tematik prioritetləri və iştirak imkanları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, BMT-nin Məskunlaşma Proqramı tərəfindən təşkil edilən forum müxtəlif dövlətləri, akademik dairələri, özəl sektoru, yerli və regional hakimiyyət orqanlarını, vətəndaş cəmiyyətini və beynəlxalq təşkilatları bir araya gətirən aparıcı qlobal platformadır və “Yeni Şəhər Gündəliyi”nin elmi əsaslı və insan mərkəzli yanaşmalarla həyata keçirilməsini təşviq edir.

Tədbir çərçivəsində Bolqarıstanın ali təhsil müəssisələri ilə dialoq imkanları müzakirə edilib, universitetlərin və tədqiqatçıların dayanıqlı şəhər gələcəyinin formalaşdırılmasındakı rolu vurğulanıb. Bununla yanaşı, Bolqarıstan və Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

UNEC-in beynəlxalq əlaqələr üzrə prorektoru, i.f.d. Hüseyn Həsənov çıxışı zamanı tədbirin əhəmiyyətindən bəhs edib, bu kimi təşəbbüslərin beynəlxalq akademik əməkdaşlığın inkişafına töhfə verdiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti