“TurAz Qartalı - 2026” birgə taktiki-uçuş təlimi davam edir (VİDEO)

Siyasət Materials 30 Aprel 2026 18:45 (UTC +04:00)
“TurAz Qartalı - 2026” birgə taktiki-uçuş təlimi davam edir (VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq çərçivəsində keçirilən “TurAz Qartalı - 2026” birgə taktiki-uçuş təlimi davam edir.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlim planına uyğun olaraq, müxtəlif epizodlar üzrə qarşılıqlı fəaliyyət tapşırıqları icra olunur. Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus Sikorsky S-70 helikopteri vasitəsilə radioelektron mübarizə (REM) tədbirləri yerinə yetirilərək şərti düşmənin yerüstü radioelektron vasitələri susdurulub. Eyni zamanda, Azərbaycan HHQ-nə məxsus Mi-17 helikopteri ilə şərti hədəflərin aşkar edilməsi və məhv olunması üzrə tapşırıqlar uğurla icra edilib.

Təlimin keçirilməsində əsas məqsəd qardaş ölkələrin HHQ-ləri arasında birgə fəaliyyətlərin uzlaşdırılması, şəxsi heyətin peşəkarlığının artırılması və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti