2022-ci ildən etibarən 78 uşaq himayədar ailəyə verilib

Cəmiyyət Materials 30 Aprel 2026 15:30 (UTC +04:00)
2022-ci ildən etibarən 78 uşaq himayədar ailəyə verilib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildən etibarən tətbiq olunan himayədar ailə modeli çərçivəsində bu dövr ərzində 34-ü oğlan, 44-ü qız olmaqla ümumilikdə 78 uşaq himayədar ailəyə verilib.

Trend xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bu gün Bakıda keçirilən "Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, reinteqrasiya tədbirləri nəticəsində 2020-ci ildən etibarən 873 uşaq ailələrinə geri qaytarılıb:

"Himayədar ailə institutunun inkişafını dəstəkləmək məqsədilə dövlət tərəfindən himayədar ailələrə verilən uşaqlara görə aylıq əsasla 650 manat, ildə bir dəfə olmaqla 800 manatlıq müavinət təsis edilib", - nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti