Bakı. Trend:
ABŞ-nin Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper bu gün ABŞ Prezidenti Donald Trampa İrana qarşı mümkün hərbi əməliyyatların yeni planları ilə bağlı hesabat təqdim edəcək.
Trend xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə istinadən yazır.
“CENTCOM dalan dirənmiş danışıqlarla bağlı vəziyyəti yoluna qoymaq üçün İrana yönəlmiş qısa-müddətli və güclü zərbələr silsiləsi ilə bağlı plan hazırlayıb. Böyük ehtimalla, infrastruktur obyektlərinə də zərbələr endiriləcək”, -deyə üç mənbə nəşrə bildirib.
Nəşrin digər bir müsahibi isə bildirib ki, başqa bir plan, Hörmüz boğazının, gəmilərin sərbəst hərəkətinin bərpa olunması üçün ABŞ ordusu tərəfindən tam nəzərətə götürülməsi ilə bağlıdır. Qeyd olunur ki, belə bir əməliyyatda quru qoşunlardan da istifadə oluna bilər.
