Prezident İlham Əliyev beynəlxalq yarışlarda Azərbaycan idmançılarına qarşı ədalətsizlikdən danışıb

Siyasət Materials 30 Aprel 2026 12:40 (UTC +04:00)
Prezident İlham Əliyev beynəlxalq yarışlarda Azərbaycan idmançılarına qarşı ədalətsizlikdən danışıb
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər və onların məşqçiləri ilə görüşündə beynəlxalq yarışlarda idmançılarımıza qarşı ədalətsizliklərdən danışıb.

Trend xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:

“Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti