Tramp Avropa Birliyindən idxal edilən avtomobillərə tətbiq edilən rüsumları artırıb

Dünya xəbərləri Materials 1 May 2026 20:18 (UTC +04:00)
Tramp Avropa Birliyindən idxal edilən avtomobillərə tətbiq edilən rüsumları artırıb

Bakı. Trend:

ABŞ-ın Avropa Birliyindən idxal edilən minik və yük maşınlarına tətbiq etdiyi rüsumlar gələn həftə 25%-ə çatacaq.

Trend xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "TruthSocial" sosial şəbəkəsində yazıb:

"Gələn həftə Avropa Birliyindən gələn minik və yük maşınlarına tarifləri artıracağam. Tariflər 25%-ə qədər artırılacaq".

O, bu qərarını AB-nin ABŞ ilə əvvəllər bağlanmış ticarət sazişinin şərtlərinə əməl etməməsi ilə əsaslandırıb.

ABŞ prezidenti qeyd edib ki, ABŞ ərazisində istehsal olunan avtomobillərə rüsum tətbiq edilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti