2026-cı ilin I rübündə bp-nin AÇG üzrə əməliyyat və əsaslı məsrəfləri artıb

Energetika Materials 1 May 2026 13:10 (UTC +04:00)
2026-cı ilin I rübündə bp-nin AÇG üzrə əməliyyat və əsaslı məsrəfləri artıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin birinci rübündə bp və onun konsorsium üzrə tərəfdaşları "Azəri-Çıraq Günəşli" üzrə fəaliyyətlərə təqribən 134 milyon dollar əməliyyat məsrəfləri və 363 milyon dollar əsaslı məsrəflər xərclənib.

Trend bu barədə bp-yə istinadən məlumat verir.

Ötən ilin birinci rübündə əməliyyat məsrəfləri 115 milyon dollar, əsaslı məsrəflər isə 251 milyon dollar təşkil edirdi. Beləcə illik ifadədə əməliyyat xərcləri 16,5 faiz, əsaslı xərclər isə 44,6 faiz artmış olub.

AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə əldə olunmuş məlumatların emalı birinci rüb ərzində davam edib.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

AÇG-də iştirak payları: bp (operator- 30,37%), SOCAR (35,30%), MOL (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%), ONGC Videsh (2,92%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti