Bakı. Trend:
“Gənclər evi” yaradılmasının əsas məqsədlərinə nail olmaq üçün sahibkarlıq fəaliyyətini həyata keçirə biləcək.
Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
""Gənclər evi" sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları"nda edilən dəyişikliyə əsasən, “Gənclər evi” sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər.
