“Rayo Valyekano” minimal hesablı qələbə qazandı, “Şaxtyor” uduzdu - Konfrans Liqası

İdman Materials 1 May 2026 01:37 (UTC +04:00)
“Rayo Valyekano” minimal hesablı qələbə qazandı, “Şaxtyor” uduzdu - Konfrans Liqası
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Trend-in məlumatına görə, "Rayo Valyekano" İspaniyada Fransanın "Strasburq" komandasını 1:0 hesabı ilə üstələyib.

Türkiyəli Arda Turanın baş məşqçisi olduğu Ukraynanın "Şaxtyor" klubu isə Polşada İngiltərənin "Kristal Pelas" kollektivinə 3:1 hesabı ilə uduzub.

Cavab matçları mayın 7-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti