Kəlbəcər dağlarında qonur ayı görüntüləndi (VİDEO)

Cəmiyyət Materials 1 May 2026 09:57 (UTC +04:00)
Kəlbəcər dağlarında qonur ayı görüntüləndi (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Kəlbəcər rayonunun Zülfüqarlı kəndi ərazisində qonur ayı görüntülənib.

Trend-in məlumatına görə, bu barədə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, qonur ayı Kəlbəcər dağlıq ərazilərində geniş yayılan və tez-tez rast gəlinən vəhşi heyvan növlərindən biridir.

Qeyd olunur ki, bu növ əsasən sıx meşə massivlərində və yüksək dağlıq zonalarda yaşayır, eyni zamanda Tutqunçay və Tərtərçay hövzələrində də müşahidə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti