Bakı. Trend:
2025-ci ildə Azərbaycan dəmir yolu nəqliyyatı ilə yük və sərnişin daşınmasından 400,7 milyon manat gəlir əldə edib.
Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 8% azalma deməkdir.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə yüklərin daşınmasından əldə edilən gəlirlər 384 milyon manat təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 9,4% azdır.
Eyni zamanda dövr ərzində dəmir yolu nəqliyyatı ilə sərnişin daşımalarından əldə olunan gəlir isə 16,7 milyon manat təşkil edib ki, bu da 2024-cü ildəki göstəriciyə nisbətən 42,6% çoxdur.
2025-ci ildə Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 16,813 milyon ton yük (9,4% az) və 10,267 milyon sərnişin (20,4% çox) daşınıb.
