Livanda İsrail ordusunun hücumu nəticəsində 14 nəfər həlak olub

Dünya xəbərləri Materials 30 Aprel 2026 22:21 (UTC +04:00)

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr bu gün günortadan sonra Livanın cənubundakı üç şəhərə hücum edib.

Trend-in məlumatına görə, bu barədə İsrail Səhiyyə Nazirliyi xəbər verib.

Məlumata əsasən, hücum nəticəsində ən azı 14 nəfər öldürülüb.

"Zibdin, Cibşit və Toulda yerüstü hədəflərə raket zərbələri endirilib, nəticədə 14 mülki şəxs həlak olub, daha 14 nəfər yaralanıb", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti