“Azəralüminium" ixracdan gəlirini 8%-dən çox artırıb

İqtisadiyyat Materials 30 Aprel 2026 20:34 (UTC +04:00)
“Azəralüminium" ixracdan gəlirini 8%-dən çox artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında “Azəralüminium" MMC ixracdan əldə etdiyi gəlirlər 42,9 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın aprel sayına istinadən məlumat verir.

Məlumata görə, bu,2025-ci ilin yanvar-aprel aylarındakı göstəricilərlə müqayisədə təxminən 3,3 milyon dollar və ya 8,3 faiz çoxdur.

Qeyd edək ki, hesabat dövründə qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına "SOCAR POLYMER" MMC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: "AzerGold" QSC, "Azəralüminium" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərenerji" ATSC, "Socar Cape" MMC, "Naxçıvan Enerji" MMC.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti