Kanada-Azərbaycan dostluq qrupunun fəaliyyəti bərpa olunub (FOTO)

Siyasət Materials 30 Aprel 2026 21:54 (UTC +04:00)
Kanada-Azərbaycan dostluq qrupunun fəaliyyəti bərpa olunub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 30-da Kanadanın parlamentində Kanada-Azərbaycan dostluq qrupunun iclası keçirilmişdir.

Trend xəbər verir ki, Kanadada Azərbaycan Respublikasının Səfirliyi bu məlumatı “X” sosial media platformasındakı rəsmi hesabında paylaşıb.

Tədbirdə çıxış edən səfirliyin müvəqqəti işlər vəkili Vüsal Süleymanov, parlament üzvlərinin Azərbaycanın xarici siyasətinin prioritetlərinə, Azərbaycan-Kanada münasibətlərinə dair suallarını cavablandırmış, həmçinin Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi, Azərbaycanın enerji siyasəti və qlobal enerji təhlükəsizliyində rolu, eləcə də mühüm nəqliyyat və logistika layihələrində iştirakı barədə müvafiq məlumatlar vermişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti