Azərbaycanın magistral neft kəmərlərinin fəaliyyətindən əldə etdiyi gəlirlər açıqlanıb

Energetika Materials 30 Aprel 2026 17:11 (UTC +04:00)
Azərbaycanın magistral neft kəmərlərinin fəaliyyətindən əldə etdiyi gəlirlər açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Bakı-Tbilisi-Ceyhan da (BTC) daxil olmaqla magistral neft kəmərlərinin fəaliyyətindən 2025-ci ildə əldə etdiyi gəlir 1 milyard 1,548 milyon manat təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 5,3% azdır.

Statistik məlumatlara görə, hesabat dövründə magistral neft kəmərləri şəbəkəsində itkilər ötən ilin eyni dövründə qeydə alınmış 4,5 min tonla müqayisədə 5,1 min ton təşkil edib ki, bu da 13,3% artım deməkdir.

2025-ci ildə magistral neft kəmərləri ilə ümumilikdə 36,306 milyon ton neft nəql edilib. Bu isə 2024-cü ilin göstəricisindən 6,3% azdır. Bununla belə, nəql edilən ümumi həcmin təxminən 74,9%-i Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti