Aliment işlərinin daha tez icrası üçün əlavə imkanlar yaranacaq

Cəmiyyət Materials 30 Aprel 2026 16:52 (UTC +04:00)
Aliment işlərinin daha tez icrası üçün əlavə imkanlar yaranacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xüsusi icra məmurları tərəfindən borc, aliment kimi bəzi kateqoriya işlərin daha tez icrası üçün əlavə imkanlar yaranacaq.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xüsusi icra məmurlarının fəaliyyətə başlaması hazırda dövlət icra məmurlarının üzərində olan iş yükünün tədricən azaldılmasına xidmət edir. Bu da nəticədə icra işinin səmərəliliyini artırır.

Bundan əlavə, xüsusi icra məmurları tərəfindən borc, kredit, aliment kimi bəzi kateqoriya işlərin daha tez və düzgün icrası üçün əlavə imkanlar yaranır.

Xarici təcrübədə daha çox borc tələbləri xüsusi icra məmurlarının icrasına verilir.

Habelə, xüsusi icra məmuru özünü maliyyələşdirdiyi üçün işin müsbət nəticəsinə marağı da yüksək olur və uğurlu nəticələr çoxalır.

Qeyd edilib ki, bu yanaşma xarici təcrübədə təsdiqini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti