Bakı. Trend:
Azərbaycanda 2026-cı ildə inflyasiya səviyyəsinin 6%-ə qədər artacağı, bundan sonra isə tədricən azalaraq 2028–2031-ci illərdə təxminən 4% səviyyəsində sabitləşəcəyi gözlənilir.
Trend bu barədə Beynəlxalq Valyuta Fondunun son proqnozlarına istinadən xəbər verir.
Müqayisə üçün qeyd edək ki, ölkədə inflyasiya 2023-cü ildə 2,1% təşkil edib, 2024-cü ildə 4,9%-ə yüksəlib və 2025-ci ildə 5,2% səviyyəsində qiymətləndirilib.
“Proqnozlara görə, qeyri-neft ÜDM-in artımı 2026-cı ildə 3,7%-ə qədər sürətlənəcək, bundan sonra isə orta müddətli perspektivdə təxminən 3,5% səviyyəsində sabitləşəcək. Bu, 2026-cı ildə fiskal konsolidasiyanın zəifləməsini və geosiyasi gərginlik fonunda neft və qaz qiymətlərinin yüksəlməsinin dolayı təsirini əks etdirir. Bununla belə, bu müsbət təsirlər biznes etimadının və investisiya fəallığının azalması ilə qismən kompensasiya olunur”, – deyə hesabatda qeyd olunur.
