Azərbaycanın qızıl ixracından gəliri 46% artıb

İqtisadiyyat Materials 30 Aprel 2026 17:04 (UTC +04:00)
Azərbaycanın qızıl ixracından gəliri 46% artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycan 95,3 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı il üçün aprel sayına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,2% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,7% artaraq 862 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 25,1% artaraq 281 milyon ABŞ dollarına bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti