Bakı. Trend:
Türkiyə Super Liqasının XXXI turunda “Qalatasaray”la keçirilən oyunda qırmızı vərəqə alan “Fənərbağça”nın qapıçısı Edersonun cəzası bəlli olub.
Trend-in məlumatına görə, 3 matçlıq cəza alan braziliyalı qolkiper mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.
Ederson, həmçinin pul cəzası da alıb.
Qeyd edək ki, Qarşılaşma “Qalatasaray”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.