Bakı. Trend:
Böyük Britaniya Şimali Avropa ölkələrindən olan müttəfiqlərlə birlikdə çəkindirmə məqsədilə Rusiyaya qarşı yeni dəniz tərəfdaşlığının yaradılması planlarını hazırlayır.
Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın birinci dəniz lordu (Hərbi Dəniz Qüvvələrinin baş komandanı) general Qvin Cenkins məlumat verib.
Onun təklifi 2014-cü ildən etibarən Birləşmiş Krallığın komandanlığı altında fəaliyyət göstərən Birləşmiş Ekspedisiya Qüvvələrinin (JEF) modelinə əsaslanır. Regional müdafiə birliyi Şimali Avropanın 10 ölkəsini - Böyük Britaniya, Danimarka, İslandiya, Latviya, Litva, Niderland, Norveç, Finlandiya, İsveç və Estoniyanı əhatə edir.
“Biz birlikdə Arktika bölgəsi, Şimali Atlantika və Baltik dənizi regionlarında yaranan təhdidlərə operativ reaksiya vermək imkanlarını təmin etmək üzərində işləyirik. JEF NATO-nu əvəz etmək yox, onu tamamlamaq məqsədi daşıyır”, — deyə Cenkins Londonda yerləşən Kral Birləşmiş Müdafiə və Təhlükəsizlik Araşdırmaları İnstitutunda çıxışı zamanı bildirib.
