Bakı. Trend:
ABŞ-nin Vaşinqton ştatının Takoma şəhərində yerli məktəblərdən birinə soyuq silahla hücum olub.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
İlkin məlumata görə, Henri Foss məktəbinə hücum edən şəxs dörd şagirdi və məktəbin mühafizəçisini yaralanyıb. Şübhəli şəxsin özünün də şagird olduğu bildirilir. O, kampus ərazisində saxlanılaraq tibbi işçilərə təhvil verilib.
Takoma yanğınsöndürmə xidmətində bildirilib ki, zərərçəkənlərdən dördünün vəziyyəti ağırdır, daha bir nəfər isə yüngül xəsarət alıb. Altı nəfərin – beş zərərçəkənin və şübhəlinin – hamısı yerli xəstəxanalara çatdırılıb.
Məktəbdə lokdaun rejimi tətbiq olunub, şagirdlər təxliyə edilərək valideynlərinə təhvil verilib.
