Hava nəqliyyatı ilə yük daşınmasından əldə olunan gəlirlər məlum olub

İqtisadiyyat Materials 30 Aprel 2026 23:55 (UTC +04:00)
Hava nəqliyyatı ilə yük daşınmasından əldə olunan gəlirlər məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycan hava nəqliyyatı ilə yük və sərnişin daşınmasından 3 milyard 576,7 milyon manat gəlir əldə edib.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 5,5% azalma deməkdir.

Hesabat dövründə hava nəqliyyatı ilə yüklərin daşınmasından əldə edilən gəlirlər 2,399 milyard manat təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 9,7% azdır.

Eyni zamanda dövr ərzində hava nəqliyyatı ilə sərnişin daşımalarından əldə olunan gəlir isə 1,178 milyard manat təşkil edib ki, bu da 2024-cü ildəki göstəriciyə nisbətən 4,5% çoxdur.

2025-ci ildə Azərbaycanda hava nəqliyyatı ilə 397,2 min ton yük (5,2% az) və 4,162 milyon sərnişin (2,9% çox) daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti